"Qarabağ" vahid lider oldu
.jpg)
"Qarabağ" vahid lider oldu
Premyer Liqanın 21-ci turunda "Qarabağ" "Keşlə"nin qonağı olub.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 90+2-ci dəqiqədə penaltidən Patrik Andrade vurub. Bu nəticədən sonra komandamız 43 xalla turnir cədvəlində liderliyə yüksəlib.
Baş məşqçimiz Qurban Qurbanov aşağıdakı heyəti oyuna buraxıb:
1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir (k), 19. Filip Ozobiç, 9. Xayme Romero (6. Patrik Andrade, 65), 7. Kvabena Ovusu, 8. Uroş Matiç (27. Toral Bayramov, 78), 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 55. Bədavi Hüseynov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.