`Qarabağ` - `Valletta` 4:0. Qələbə!!!

`Qarabağ` - `Valletta` 4:0. Qələbə!!!
Bildiyiniz kimi bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları start götürəcək.Malta çempionu olan `Valletta` klubu ilə ilk görüşdə 0-1 hesablı qələbə ilə ayrılan Qurbanovun yetirmələri bu gün cavab oyuna çıxacaq.Görüş Bakı vaxtı ilə 21:30-da başlayacaq.Oyunu saytımızı və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)
Start heyətlər artıq məlumdur.
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo
“Valletta”: Nikki Vella, Conatan Karuana, İan Atsopardi, Rayan Fenek (k), Uqo Fariya, Roderik Briffa, Latif Elford-Alliyu, Şon Bayada, Abdelkarim Nafti, İan Zammit, Luk Dimek.
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
I hissə
1` Oyun başladı, uğurlar `Qarabağ`
10` `Valletta`nın aramsız hücumları bir məna vermir.
15` Qoooooooool...Reynaldoooooo ! `Qarabağ` hesabı açdı.
18` Reynaldo qapıçı ilə üzbəüz qaldı amma ona qarşı kobudluq edildi və rəqib müdəfiəçiyə qırmızı vərəqə göstərildi.
20` Çumbinyonun təhlükəli cərimə zərbəsi qapıdan aralı keçdi.
29` Rəqin 10 nəfərlə qalmasına baxmayaraq hücumlara davam edir.
31` Danilo Diasa qarşı cərimə meydançasında kobudluq oldu amma hakim davam işarəsi göstərdi.
36` Danilo Diasın cərimə meydançasına doğru ötürməsinin rəqib müdafiəçilər çətinliklədə olsun uzaqlaşdıra bildi.
43` `Valletta` klubunun nadir hücumlarından biri qapımıza zərbə ilə tamamlansada İbrahim Şehiç inamlı çıxışı ilə zərbənin qarşısını aldı.
45` İlk hissəyə 1 dəqiqə əlavə olundu.
45` İlkhissə başa çatdı,ilk hissədən sonra hesab 1-0 `Qarabağ`ın xeyirinədir.
II hissə
46` İkinci hissə başladı.
46` Qurban Qurbanov ilk əvəzləmədən istifadə etdi,Reynaldonun əvəzinə Vüqar Nadirov meydana daxil oldu.
48` Qooooooooool ! `Qarabağ` ikinci qolu vurdu ! Vüqar Nadirovun ideal ötürməsini Çumbinyo gözəl qolla tamamladı.
57` Qooooooooool ! `Qarabağ` şou davam edir,İlqar Qurbanovun ideal ötürməsini Danilo Dias qola çevirdi.
70` `Qarabağ`ın aramsız hücumları davam edir,Danilo Dias bir neçə dəfə qol şansı əldə etsədə bundan yararlana bilməyib.
74` Riçard Almeydanın əvəzinə meydana Namiq Yusifov daxil oldu.
80` Qoooooool ! `Qarabağ` 4-cü qolu vurdu ! Qolun adı Leroy Corc !
83` Rəqibin daha bir oyunçusu qırmızı vərəq alaraq meydanı vaxtından əvvəl tərk etdi.
90` Oyun başa çatdı ! Təbriklər `Qarabağ`!
Qollar : Reynaldo 16`, Çumbinyo 49`, Danilo Dias 56`, Leroy Corc 81`