`Qarabağ` - `Valletta` bilet satışı davam edir

18 İyl 2014
`Qarabağ` - `Valletta` bilet satışı davam edir
Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq `Qarabağ` - `Valletta` oyunun biletlərinin satışı davam edir. İlk görüşdə 1:0 hesabıyla qalib gələn komandamızın oyununa bilet əldə etmək üçün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərsiz. 12, 13, 14, 15, 16, 17 sektorlara biletin qiyməti 2 Azn, geridə qalan sektorlara isə 1 Azndir.
Qeyd edək ki, İyulun 22-də baş tutacaq `Qarabağ` (Azərbaycan) - `Valletta` (Malta) oyunu 21:30-da start götürəcək.