`Qarabağ` - `Valletta`: Oyunöncəsi mətbuat konfransı

`Qarabağ` - `Valletta`: Oyunöncəsi mətbuat konfransı
Çempionlar Liqasnın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` (Azərbaycan) - `Valletta` (Malta) oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşmişdir. İyulun 21-də 18:45-də `Valletta`nın baş məşqçisi Jilbert Acius mətbuat nümayəndələrinin önünə çıxacaq.
Maltalıların məşqi isə 19:00-da start götürəcək.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov isə 19:45-də mətbuat konfransına çıxacaq. `Qarabağ`ımızın oyunöncəsi məşqi isə 20:00-da başlayacaq.
Xatıradaq ki, `Qarabağ` - `Valletta` oyunu İyulun 22-də 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, KİV üzvləri akreditasiyalarını əldə edə bilərlər:
Akkreditasiya üçün tələb: Mənsub olduğu qurumun sənədi
1. Ünvan: Tofiq Bəhramov adına Respublika stadionu, `Media Center`də
Əlaqə: 077-219-39-19
Müddət: 09:00 - 21:00 21 İyul
10:00 - 17:00 22 İyul
2. Ünvan: Suraxanı qəsəbə stadionu, `Qarabağ` FK-nın bazası
Əlaqə: 055-272-79-99
Müddət: 09:00 - 18:00 21 İyul
09:00 - 13:00 22 İyul
Qeyd: Akkreditasiyalar sadəcə yuxarıda qeyd olunan məkanlarda veriləcəkdir.