`Qarabağ` - `Valletta` təyinatlar açıqlandı

18 İyl 2014
`Qarabağ` - `Valletta` təyinatlar açıqlandı
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq `Qarabağ` (Azərbaycan) - `Valletta` (Malta) oyununun təyinatları açıqlanıb. Komandamızın görüşünü Avstriyadan olan hakim Aleksandr Harkam idarə edəcək. Harkama Andreas Vitsşiglə Andreas Staudinger yardım edəcək. 4cü hakim funskiyasını Rene Aysner yerinə yetirəcək.
Görüşün UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor isə Gürcüstandan Levan Paniaşvili təyin olunub.