`Qarabağ` və `Brügge` sonuncu məşqinə çıxdı

single-news
3 Avq 2011

`Qarabağ` və `Brügge` sonuncu məşqinə çıxdı



`Qarabağ`ımız `Brügge`ilə oyuna hazırdır. Bugün 19:30-da komandamız oyunun keçiriləcəyi stadionda məşqə çıxıb. Komandamızın hazırlığı 1 saat davam edib. Yüngül tempdə davam edən məşqdə sadəcə Vüqar Nadirov zədə səbəbindən iştirak etməyib. Çalışmanın sonunda məşq boyu komandanı dəstəkləyən `İmarət` fanklubunun üzvləri  həmişə olduğu kimi komandanı paxlavaya qonaq ediblər.
Belçikalıların məşqi isə saat 9-da başlayıb. Qonaqların da çalışması 1 saat davam edib. Məşqin ilk 15 dəqiqəsi ictimayyətə açıq olub.

Paylaş

// pop up