QARABAG VƏ NEFTÇİ KOMANDALARI BİRLİKDƏ MƏTBUAT KOMFRANSI KEÇİRDİLƏR.

single-news
3 Dek 2004

QARABAG VƏ NEFTÇİ KOMANDALARI BİRLİKDƏ MƏTBUAT KOMFRANSI KEÇİRDİLƏR.



Bu gün “Qarabağ” ve “Neftçi” komandaları arasında ayın 5-də keçiriləcək derbi matçı üçün, hər iki komandanın rəhbərləri bir araya gələrək, mətbuat konfransı keçirdilər. Mətbuat konfransını "Azərsun" Holdinqin baş direktoru Əhməd bəy açdı. O, “Qarabağ” komandasının hazırda lider durumda olduğunu, bu baxımdan bu matçın komanda üçün nə qədər önəmli olduğunu media nümayəndələrinin diqqətinə çatdırdı. “Qarabağ” və “Neftçi” komandalarının hər zaman dost komandalar olduğunu, bu dostluğun daimi olacağını dedi. Qalatasaray- Fənərbaxça, Real- Barselona, Çelsi- Arsenal matçları kimi, burada da “Qarabağ” - “Neftçi” matçı həmişə önəmli olmuşdur. Əhməd bəy “Neftçi” komandasının rəhbərliyinin də bu gün burada olmalarına görə, onlara öz təşəkkürünü bildirdi, bunun digər komandalara da örnək olmasını arzuladı. Sonda nəticənin necə olmasından asılı olmayaraq, qalibin azərbaycan futbolu olmasını arzuladı. Sonra “Neftçi” klubunun vitse- prezidenti Ramin bəy öz fikirlərini bildirdi. O haşiyə çixaraq, komandada məşqçi dəyişikliyi olduğu zaman, yalnız “Qarabağ” komandasının bizi təbrik etdiyini, bunun bizim dostluğumuzun bariz nümunəsi olduğunu dedi. “Qarabağ” komandasının lider durumda olduğunu, bunun onlar üçün də şərəf oldugunu bildirdi. O da sonda Azərbaycan futbolunun qalib gəlməsini arzuladı. Sonra mətbuat işçilərinin suallarına hər iki komandanın nümayəndələri cavab verdilər. Biletlərlə baglı suala Ramin bəyin cavabı belə oldu: - Mən həmişə demişəm ki, əgər insanlarda futbola maraq varsa və o futbola baxmağa gəlibsə, onu biletə görə qaytarmaq və futbol həyəcanından məhrum eləmək olmaz. Mən həmişə bunun əleyhinə olmuşam , bu oyun da istisna təşkil etməyəcək Hakimlər oyunu tərəfsiz idarə edəcəkmi sualına “Qarabağ” komandasının baş direktoru Əmrah bəy belə cavab verdi: Belə məsuliyyətli oyuna hakim də bizim oyuna hazırlaşdığımız kimi hazırlaşmalıdır. İnanmaq istəyirəm ki, hakimlər bu matçda oyunu obyektiv idarə edəcəklər. Bundan sonra da media nümayəndələrinin suallarına komanda rəhbərlikləri cavab verdilər. Sonda hər iki komandanın rəhbərləri komandalar haqqında məlumatların mediada düzgün işıqlandırılmasını diləyərək, bir- birlərinə məsul matç öncəsi uğurlar arzuladılar.

Paylaş

// pop up