“Qarabağ” və Qurban Qurbanov ilin ən yaxşıları seçildilər
23 Dek 2025
“Qarabağ” və Qurban Qurbanov ilin ən yaxşıları seçildilər
Azərbaycan idmanında 2025-ci ilin ən yaxşıları bəlli olub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə “Qarabağ” iki nominasiyalarda ən yaxşılar sırasında yer alıb.
Buna komandamızın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Klubumuz 2024/25 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanıb. Ardıcıl 12-ci dəfə avrokubokların qrup mərhələsinə yüksələn “Qarabağ” Çempionlar Liqasında da tarixi uğura imza atıb. Komandamız ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.
Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandamızın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.
