“Qarabağ” və Qurban Qurbanov mükafatlandırıldı

single-news
27 May 2025

“Qarabağ” və Qurban Qurbanov mükafatlandırıldı



“Sports.az Awards” mükafatının qalibləri müəyyənləşib. Qaliblər Sports.az saytının təşkilatçılığı ilə keçirilən 2024/25 mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimində təltif olunublar.

 

"Qarabağ" Futbol Klubu “Mövsümün ən yaxşı komandası” seçilib. Mükafat klubumuzun baş direktoru Emrah Çelikelə təqdim olunub. Komandamız ardıcıl 3-cü dəfə bu mükafatı qazanıb.

 

Baş məşqçimiz Qurban Qurbanov “Mövsümün ən yaxşı baş məşqçisi” adına layiq görülüb. Təcrübəli mütəxəssis ardıcıl 3-cü dəfə ən yaxşı seçilib.

 

Qeyd edək ki, “Qarabağ” 2024/25 mövsümündə ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu adını qazanıb. Qurban Qurbanov komandamızla 11-ci titula yiyələnib.

Paylaş

// pop up