"Qarabağ" və "Xəzər Lənkəran" Avropada irəlilədi (qol.az)

single-news
16 May 2011

"Qarabağ" və "Xəzər Lənkəran" Avropada irəlilədi (qol.az)



Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Qol.Az-ın məlumatına görə, Avropanın ən nüfuzlu statistika portallarından olan "infobank" son 1 ilin ən yaxşı 437 komandasının siyahısını müəyyənləşdirib.

Hər həftə yenilənən siyahıda Azərbaycan yenə də 7 komanda ilə təmsil olunub. Bunlardan yalnız "Qarabağ" və "Xəzər Lənkəran" son 1 həftədə irəliləyişə nail olub.

AZAL yerində sayarkən, digər təmsilçilərimiz isə aşağı yuvarlanıb. Son 1 həftədə "Qarabağ" Avstriyanın "Rapid" və İspaniyanın "Xetafe" kimi klublarını qabaqlamaqla 73-cü pillədə qərarlaşıb.

"Xəzər Lənkəran” isə bu həftə 38,87 xalla 116-cı olub. Digər klublarımıza gəldikdə isə "Neftçi" 176-cı, "İnter" 200-cü, "Bakı" 258-ci,  AZAL 279-cu və nəhayət "Simurq" 428-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya İspaniyanın "Real" (154,10) və "Barselona" (141,92) klubları başçılıq edir. İngiltərənin "Mançester Yunayted" (141,05) klubu isə siyahıda 3-cü olub.

Paylaş

// pop up