“Qarabağ” – “Vestri” oyununun hakimləri müəyyənləşdi

single-news
30 İyn 2026

“Qarabağ” – “Vestri” oyununun hakimləri müəyyənləşdi



UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Vestri” matçının təyinatları açıqlanıb. İyulun 9-da baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcək. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam AVAR olacaq.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Paylaş

// pop up