"Qarabağ" - "Viktoriya": Akkreditasiya elanı
"Qarabağ" - "Viktoriya": Akkreditasiya elanı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) 2022/2023 mövsümü üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyənlər avqustun 13-ü, saat 18:00-dək çalışdığı yeri, vəzifəsini və 2022/2023 mövsümü üçün nəzərdə tutulmuş PFL akkreditasiyasını press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.
Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" oyunu avqustun 17-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.