"Qarabağ" - "Vorskla": Mətbuat konfransları və son məşqlər
23 Okt 2018
"Qarabağ" - "Vorskla": Mətbuat konfransları və son məşqlər
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Vorskla" (Ukrayna) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
Baş məşqçimiz Qurban Qurbanov oktyabrın 24-ü Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:00-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:15-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 17:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyunöncəsi son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
