`Qarabağ` vurdu 7, davam edir yeddi, yeddi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` vurdu 7, davam edir yeddi, yeddi
`Qarabağ`ımız ardıcıl 3-cü Avroliqa mövsümünə də fırtına kimi başladı. Bu 3 mövsümdə daim özünəməxsus rekordları yeniləyən komandamız yenə də `boş` dayanmadı. Dünən Litvanın `Banqa` kollektivini qəbul edən `Qarabağ`ımız 3:0-lıq qələbə qazanmaqla bir sıra rekordlara imza atdı.
1. `Qarabağ` Avrokuboklarda 30-cu oyununa çıxaraq özünəməxsus yubuleyə çatdı.
2. `Qarabağ` eyni zamanda `Banqa` üzərində qələbəylə avrokuboklarda xal sayını 36-ya çatdıraraq ilk pilləyə yüksəldi
3. `Qarabağ`ımız 30-cu oyununda 10-cu qələbəsini qazanmaqla `Neftçi`ylə qələbə sayını bərabərləşdirdi
4. `Qarabağ` Avrokuboklarda qollarının sayını 29-a çatdıraraq təkhakimiyyətliliyə yiyələndi
5. `Qarabağ` bir mərhələdə rəqibini hər 2 oyunda darmadağın etməklə növbəti ilkə imza atdı
6. Eyni zamanda indiyə kimi heç bir klubumuz bir mərhələdə nə 7 qol, nə də 7 topluq fərqə malik olmuşdu
7. `Qarabağ`ımız avrokuboklar tarixində 3-cü darmadağınla öz rekordunu daha da təkmilləşdirdi
Araşdırma: `Qarabağ` FK mətbuat xidməti