`Qarabağ` - `Xəzər-L.` 0:1

single-news
30 Okt 2010

`Qarabağ` - `Xəzər-L.` 0:1



`QARABAĞ`: Fərhad Vəliyev, Qara Qarayev, Zaur Haşimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Admir Teli, Rəşad Kərimov, Devran Ayhan, Rauf Əliyev, Ansi Aqolli, Georgi Adamiya

Ehtiyat oyunçular:  Sahil Kərimov, Aftandil Hacıyev, Namiq Yusifov, Aslan Kərimov, Ayxan Abbasov, Vüqar Nadirov, Tural İsgəndərov

`XƏZƏR  L.`: Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian Yordaşe, Konstantin Arbanas, Xəqani Məmmədov, Rahid Əmirquliyev, Radomir Todorov, Katalin Doman, Uinston Parks, Stelian Stanku

Ehtiyat oyunçular:  Denis Romanov, Ruslan Poladov, Asif Məmmədov, Allan Lalin, Ramazan Abbasov, Alim Qurbanov, Kristian Kabral

Hakimlər:  Rövşən Əhmədov, Mehman Mahmudov, Eldar Nağıbəyov, Rəhim Həsənov

1`-  `Qarabağ` oyuna başlayır

4`- `Qarabağ` hücum qurmağa çalışır. Qapı qarşısına uzun ötürmə, lakin topa çatan olmur

7`- `Xəzər L.`  hücumu, lakin hücumun qarşısı alınır

9`- Komandamızın hücumu... Raufun sol ayaqla qapıya zərbəsi... lakin zərbə zəif olur

11`- Zaur Haşımov qaydanı pozduğuna görə sarı vərəqə alır

13`- Rauf rəqiblərini aldadaraq topu Rəşada ötürür. Rəşad Kərimovun qapıya zərbəsi, lakin top qapıdan aralı keçir

14`- Elvin irəliləyir.. və ona qarşı qayda pozulur. Adamiya cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə və qapıçı topu dəf edir

15`- Komandamızın əks hücumu. Adamiya irəliləyir... qapıya doğru zərbə lakin qapıçı yerindədir

19`- Rəşad Sadiqov topu rəqiblərindən alır və qapıya doğru təhlükəli zərbə... top qapının üstündən keçir

20`- `Xəzər L.`nın hücumu... Xəqani Məmmədovun qapıya doğru zərbəsi və Fərhad yerindədir

22`- Komandalar hücum qurmağa çalışsa da, hücumlar adətən meydan mərkəzində qırılır

28`- Cərimə zərbəsini Beqiri yerinə yetirir. Qapıya doğru zərbə və Fərhad yerindədir

29`- `Qarabağ` hücumu... Qara Qarayevə qarşı kobud oynanılır

30`- Rəşad Kərimov cərimə zərbəsini yerinə yetirir. Lakin nəticəsizdir

31`- Hücum davam edir... Elvinə qarşı kobudluq və qayda pozulur

32`- Dərhal cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə və qapıçı topu dəf edir

34`- `Qarabağ`ın daha bir hücumu... Elvin irəliləyir və lakin rəqiblər topu meydandan çıxarır

35`- Rəşad Kərimov künc zərbəsini yerinə yetirir, qapı qarşısında qarışıqlıq və top meydandan çıxır

36`- Daha bir küncə zərbəsini Rəşad yerinə yetirir və Beqiri topu uzaqlaşdırır

40`- Rəşad Sadiqov topu rəqibindən alır, qapı qarşısında Raufa ötürmə, lakin Rauf ofsayta düşür

44`- `Xəzər L.` cərimə zərbəsini yerinə yetirir. Parks fitdən sonra zərbə endirdiyinə görə sarı vərəqə alır

45`- Hakim ilk hissənin bitdiyini bildirir

46`- İkinci hissəyə `Xəzər L.` başlayır

48`- `Qarabağ` hücumu... Elvin irəliləyir və Aqolliyə ötürmə... və rəqib oyunçu  topu meydandan çıxarır

49`- Rəşad Kərimov küncdən zərbəni yerinə yetirir. Beqiri topu uzaqlaşdırır

55`- Oyunda ilk oyunçu dəyişikliyini `Xəzər L.` edir. Xəqani Məmmədovu Kristian Kabral əvəzləyir

58`- `Qarabağ`ın hücumu... Rauf irəliləyir, lakin o zərbə vurmağa gecikir

60`- Oyunda temp bir qədər düşüb. Ötürmələr qeyri-dəqiq olur

63`- `Xəzər L.` hücumu... Admir Teli Kristian Kabrala zərbə vurmağa imkan vermir

64`- Komandamızın əks hücumu... Raufa zərbə vurmağa Beqiri imkan vermir

65`- `Xəzər L.`da növbəti oyunçu dəyişikliyi... Katalini Alim Qurbanov əvəzləyir

66`-  `Xəzər L.` cərimə zərbəsini yerinə yetirir. Və top qapıdan keçir və hesab açılır 0:1

69`- `Qarabağ` hücumu... Elvinin qapıya doğru qüvvətli zərbəsi və top çox az fərqlə qapıdan aralı keçir

70`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi. Rəşad Kərimovu Vüqar Nadirov əvəzləyir

72`- Qara Qarayevin qapı qarşısına ötürməsi, lakin topa çatan olmur

75`- Rauf irəliləyir, lakin hakim Raufun qaydanı pozduğdunu bildirir

78`- Kobud oyuna görə Kabral sarı vərəqə alır.

80`- Aqollinin qapı qarşısına ötürməsi, Adamiya topa çatmır

81`- `Xəzər L.`da sonuncu oyunçu dəyişikliyi...  Ramazan Abbasov oyuna daxil olur

82`- Aqollinin uzaqdan qapıya doğru qüvvətli zərbəsi ... qapıçı topu dəf edir

83`- `Qarabağ`da oyunçu dəyişikliyi... Qara Qarayevi Tural İsgəndərov əvəzləyir

84`- Adamiya küncdən zərbə yerinə yetirir. Top uzaqlaşdırlır, lakin hücum davam edir. Aqollinin zərbəsi lakin qapıçı bu dəfə də topu dəf edir

85`- Kamran Ağayev sarı vərəqə alır

89`-  Oyuna 3 dəqiqə əlavə olunur

90+2`- Alim Qurbanov sarı vərəqə alır

90`+3`-  Vüqar küncdən zərbəni yerinə yetirir, lakin top uzaqlaşdırılır. Hücum davam edir, Adamiyanın zərbəsi.. lakin top qapının üstündən keçir. Və hakim oyunun bitdiyini bildirir

 

Paylaş

// pop up