`Qarabağ` - `Xəzər L.`. 1:0. Davam edirik
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` - `Xəzər L.`. 1:0. Davam edirik
`QARABAĞ`: Boyan Pavloviç, Qara Qarayev, Namiq Yusifov, Maksim Medvedev, Rəşad Sadıqov, Vüqar Nadirov, Muarrem Muarem, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya
`XƏZƏR L.`: Kamal Bayramov, Elvin Beqiri, Robert Alvis, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Andrei Mureşam, Rahid Əmirquliyev, Adrian Pit, Rodomir Todorov, Stevan Bates
1`- Oyun başlayır
2`- Komandamızın ilk hücumu... Əfran sürətlə irəliləyir, lakin o topu itirir
5`- Oyun sürətli tempdə başlayıb
7`- `Xəzər L` cərimə zərbəsi yerinə yetirir, Pavloviç topu dəf edir
9`- Ansi Aqolli sarı vərəqə alır
12`- `Qarabağ` hücumu... Vüqar sürətlə irəliləyir, lakin müdafiəçilər topu meydandan çıxarır
13`- Vüqar künc zərbəsi yeinə yetirir, lakin rəqib qaydanı pozulur, hakim cərimə zərbəsi təyin edir
15`- Rəşad carimə zərbəsi yerinə yetirir, qapıya doğru qüvvətli zərbə, lakin top qapı tirinə dəyir
18`- Adamiya rəqiblərini keçir, lakin son anda Beqiri top meydandan çıxarır
19`- Muarremin qapıya zərbəsi bir qədər qeyri dəqiq olur. Daha bir zərbə bu dəfə qapıçı topu dəf edir
20`- Rəşad Sadıqovun qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı çətinliklə topu dəf edir
23`- Növbəti təhlükəli hücumumuz... Aqollinin qapı qarşısına ötürməsi, Adamiyanın qapıya doğru zərbəsi, lakin top qapının demək olar ki 2-3 sm aralı keçir
29`- `Xəzər L` hücumu... qapıya doğru zərbə və Pavloviç topu tutur
34`- `Qarabağ` hücumu... Vüqar rəqiblərini keir, o cərimə meydançasına daxil olur, lakin Beqiri ona qapıya zərbə endirməyə mane olur
36`- `Xəzər L` künc zərbəsi yerinə yetirir və top meydandan çıxır
37`- Adamiya sürətlə irəliləyir, lakin son anda o topu itirir
39`- `Qarabağ` hücumu.. Əfranın qapıya doğru zərbəsi, lakin zərbə qeyri dəqiq olur
41`- Daha bir hücum.. Aqollinin uzaqdan qapıya doğru zərbəsi, qapıçı son anda topu dəf edir
45`- İlk hissə bitir. Hesab 0-0
46`- İkinci hissə başlayır
48`- Vüqar 2 rəqibinin əhatəsindən çıxır, onun qapıya doğru qüvvətli zərbəsi, lakin top qapının üstündən keçir
49`- Maksim cərimə meydançasına daxil olur, o topu özündə saxlayır, lakin onun ötürməsi qeyri dəqiq olur
50`- Əfran künc zərbəsi yerinə yetirir, lakin nəticəsizdi
51`- Cərimə meydançasındakı Əfrana ötürmə, lakin müdafiə Əfrana qapıya zərbə endirməyə mane olur
52`- Növbəti hücum... Muarremin qapıya zərbəsi, lakin Beqiri topun qarşısına kəsir və top meydandan çıxır
53`- Vüqar künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
55`- `Qarabağ`ın əks hücumu... Adamiya Əfran paslaşması, lakin müdafiə topu ələ keçirir
57`- Adamiyanın Muarremə ötürməsi. Muarrem 1 rəqibini keçir, lakin son anda topu itirir
60`- Adrain Pit əllə oyuna görə sarı vərəqə alır
62`- `Xəzər L`da ilk oyunçu dəyişikliyi...
63`- `Xəzər L` cərimə zərbəsi yerinə yetirir. Pavloviç topu tutur
66`- Muarremə qarşı kobudluğa görə Andrey Mureşan sarı vərəqə alır
68`- Adamiya Vüqar Adamiya paslaşması və Adamiyanın qapıya doğru zərbəsi və QOOOOOL! Hesab açılır 1-0
70`- `Xəzər L` cərimə zərbəsi yerinə yetirir, Rəşad Sadıqov topu uzaqlaşdırır
71`- `Xəzər L`da növbəti oyunçu dəyişikliyi... Elnur Abdullayev oyuna daxil olur
72`- `Qarabağ`ın əks hücumu... Əfran sürətlə irəliləyir, lakin o son anda topu itirir
73`- Muarrem sürətlə irəliləyir... lakin ona qarşı qayda pozulur
74`- Rəşad Sadıxov cərimə zərəbsi yerinə yetirir, qapıya doğru zərbə, lakin top qapıdan aralı keçir
76`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Adamiyanı Rəşad Sadiqov əvəzləyir
78`- Komandamızın növbəti əks hücumu... Rəşad Sadiqovun Muarremə ötürməsi, lakin Muarremin qapıya zərbəsi müdafiəçilərdən dönür
80`- `Xəzər L`da son oyunçu dəyişikliyi...
84`- `Xəzər L` hücumu.. Aqolli topu uzaqlaşdırır
85`- `Qarabağ`ın əks hücumu... Əfrana qarşı qayda pozulur
86`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi... Əfran İsmayılovu Bəxtiyar Soltanov əvəzləyir
87`- Rəşad Sadiqov cərimə zərbəsini yerinə yetirir, lakin top meydandan çıxar
89`- `Xəzər L` cərimə zərbəsi yerinə yetirir, Rəşad Sadıxov topu uzaqlaşdırır və o zədələnir
90+1`- `Qarabağ`ın əks hücumu... Lakin Bəxtiyar ötürmədə səhvə yol verir
90+2`- `Qarabağ`da son oyunçu dəyişikliyi... Vüqarı Zaur Haşımov əvəzləyir
90+3`- Muarrem künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
90+4`- Hakim oyunu bitirir. Beləliklə `Qarabağ`ımız növbəti qələbəsini qazanır.