`Qarabağ` - `Xəzər-L`. Hərəyə 6 qələbə. Statistika

single-news
8 May 2010

`Qarabağ` - `Xəzər-L`. Hərəyə 6 qələbə. Statistika



Sabah `Qarabağ`ımız Quzanlıda `Xəzər-Lənkəran`ı qəbul edəcək. Cari mövsüm artıq 6-cı dəfə üz-üzə gələcək komandalar indiyə kimi 13 dəfə üz-üzə gəliblər.  `Xəzər-Lənkəran`  - `Qarabağ` matçının tarixi cəmi 6 ilə sığsa da, daim maraqlı və gərginliyi ilə seçilib. Komandaların bu müddətdə yollarının kəsişməsinin xülasəsini sizə təqdim edirik:

2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi. Əvəzində  komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.

2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk dövrədə `Şəfa` stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”, cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.

2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olurur. Uyğun olaraq 2:0 və 4:1.

2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərmişdilər. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.

2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bildi. Belədə, komandamız 3 xalı aktivinə yazdı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.

2009-2010. Bu mövsüm çempionatının yeri formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldular. Üstəlik, kubokun ¼ final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla komandamıza qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-ündə Lənkəranda baş tutdu. Buna qədər 5 oyundu çempionatda cənublulara məğlub olmayan komandamız 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi.

Bu keçirilən 13 görüşdə tərəflər hərəyə 6 dəfə qələbə qazanaraq cəmi 1 görüşdə 1 xala razışlaşıblar. Topların fərqində lənkəranlılar üstündü, 13-17.

Paylaş

// pop up