`Qarabağ` - `Xəzər Lənkəran`. 0:0

single-news
10 Apr 2011

`Qarabağ` - `Xəzər Lənkəran`. 0:0



`Qarabağ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Elvin Məmmədov, Rəşad Sadıqov, Admir Teli, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov, Ansi Aqolli

`Xəzər Lənkəran`: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Alim Qurbanov,Manuel Skarlataçe , Elnur Abdullayev, Julius Vobay, Nikolae Musat, Adrian Pit, Emeka Opara, Uinston Parks

1`- `Xəzər L.` oyuna başlayır

4`- Oyun sürətli tempdə başlayıb

9`- `Xəzər L.` cərimə zərbəsini yerinə yetirir, Boyan Pavloviç topu dəf edir

11`- Rəşad Sadiqov sürətlə irəliləyir, lakin o topu itirir

12`- Komandamızın əks hücumu... Rauf Əliyev qapıçı ilə üzbəüz qalır, lakin Kamran Ağayev topa daha tez çatır

13`- Daha bir hücum... Lakin Elvin Məmmədov irəliləyir, lakin hakim ofsayt olduğunu bildirir

14`- `Xəzər L.`dan Elnur Abdullayev künc zərbəsini yerinə yetirir, Boyan Pavloviç topu dəf edir

15`- Əfranın Raufa ötürməsi, Rauf sürətlə irəliləyir və rəqiblə mübarizədə o yerdə qalır, lakin qaydanın pozulmadığını bildirir

17`- `Qarabağ`ın əks hücumu... lakin Rəşad Sadiqova qarşı qayda pozulur

19`- Namiq Yusifovun uzaqdan qapıya doğru qüvvətli zərbəsi, lakin Kamran Ağayev çətinliklə də olsa topu dəf edir

20`- Vüqar Nadirov künc zərbəsini yerinə yetirir. Admir Telinin başla qapıya doğru təhlükəli zərbəsi... qapıçı bu dəfə də çətinliklə topu dəf edir

24`- Komandamızın daha bir təhlükəli hücumu... Ansi Aqollinin qapı qarşısına ötürməsi, lakin qapıçı Raufa zərbə endirməyə imkan vermir

26`- `Xəzər L.`da ilk oyunçu dəyişikliyi... Alim Qurbanovu Hristu Çiaku əvəzləyir

27`- `Xəzər L.` oyunçusu sarı vərəqə alır

29`- `Qarabağ`ın hücumu... Lakin əvvəlcə Elvinə, sonra isə Raufa qarşı qayda pozulur

30`- Vüqar cərimə zərbəsini yerinə yetirir, qapıya doğru qüvvətli zərbə, lakin top canlı səddə dəyərək meydandan çıxır

34`- Vüqar Nadirov künc zərbəsini yerinə yetirir, top müdafiəçilərdən qayıdır. Hücum davam edir, lakin yan xətt hakimi ofsayt qeyd alır

35`- `Qarabağ`ın növbəti hücumu... Lakin Rauf rəqiblə mübarizədə topu itirir

36`- Elnur Abdullayev cərimə zərbəsini yerinə yetirir və top qapının xeyli üstündən keçir

38`- Komandamızın hücumu... qapı qarşısındakı Vüqara ötürmə... Top uğrunda mübarizədə top rəqib oyunçuya dəyərək meydandan çıxır, lakin hakim əksinə qərar verir

39`- `Xəzər L.` hücumu... Pavloviç topu tutur

40`- Daha bir `Qarabağ` hücumu... lakin Elvinin ötürməsi dəqiq olmur

43`- Komandamızın təhlükəli hücumu.. Rəşad Sadiqovun Əfrana ötürməsi... Əfran qapıçı ilə üzbəüz qalır, lakin Kamran Ağayev topu meydandan çıxarır

45`- Növbəti hücum... Maksim sürətlə irəliləyir, lakin rəqiblə mübarizədə topu itirir

45+1`- Ansi Aqoliyə qarşı Adrian Pit qaydanı pozur. Və hakim ilk hissənin bitdiyini bildirir

46`- İkinci hissəyə `Xəzər L.` oyunçu dəyişikliyi ilə başlayır

48`- Raufa qarşı Adrian Pit kobud oynayır

49`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə, lakin top qapıdan aralı keçir

51`- `Xəzər L.` hücumu... Adrian Pitin zərbəsi dəqiq olmur və top meydandan çıxır

52`- `Qarabağ` hücumu... lakin top `Xəzər L.` oyunçusuna dəyərək meydandan çıxır

54`- Boyan Pavloviç zədələnir

55`- `Xəzər L.` cərimə zərbəsini yerinə yetirir və top qapıdan aralı keçir

57`- Komandamızın hücumu... Əfran sürətlə irəliləyir, Vüqara ötürmə, lakin müdafiəçilər Vüqara zərbə endirməyə imkan vermir

58`- Daha bir hücum, bu dəfə də nəticəsizdir

61`- Aqollinin Əfrana ötürməsi, Əfranın qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı topu dəf edir

62`- Adrian Pit künc zərbəsini yerinə yetirir, və Pavloviç yerindədir

64`- `Xəzər L.` cərimə zərbəsi yerinə yetirir, Rəşad  Sadıqov topu uzaqlaşdırır

65`- Vüqar Nadirova qarşı Elnur Allahverdiyev kobud oynayır,  və sarı vərəqə alır

66`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Raufa ötürmə, lakin Rauf topa toxuna bilmir

67`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Elvin Məmmədovu Nedzipi əvəzləyir

68`- Nedzipidən Raufa gözəl ötürmə... Rauf irəliləyir, lakin ona qarşı kobudluq edilir. Dieqo sarı vərəqə alır

`Qarabağ`da növbəti oyunçu dəyişikliyi... Adamiya Vüqar Nadirovu əvəzləyir

69`- Əfran cərimə zərbəsini yerinə yetirir... qapıya doğru zərbə, lakin top canlı səddə dəyərək meydandan çıxır

70`- Nedzipi künc zərbəsini yerinə yetirir. Qapıya doğru təhlükəli zərbə, Kamran Ağayev bu dəfə də topu dəf edir

74`-  Adamiyanın Nedzipiyə ötürməsi... Nedzipinin qapı qarşısındakı Əfrana ötürməsi, Əfranın zərbəsi çox az fərqlə qapının yanından keçir

76`- `Xəzər L.` hücumu... Aqolli hücumun qarşısını alır

77`- `Xəzər L.`da oyunçu dəyişikliyi... Katalin Doman oyun daxil olur

79`- Adrian Pit künc zərbəsini yerinə yetirir. Aqolli topu uzaqlaşdırır

83`- Nedzipidən Əfrana ötürmə, lakin müdafiəçilər Əfrana zərbə endirməyə imkan vermir

87`- `Qarabağ` hücumu... Raufun Əfrana ötürməsi dəqiq olmur

88`- Xəzər L.` hücummu... lakin Rəşad Sadıqov hücumun qarşısı alır

89`- Dieqo Souza Raufa qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq oyundan qovulur

90`- Rəşad Sadıqov cərimə  zərəbəsini yerinə yetirir. Qapıya doğru qüvvətli zərbə və top qapıdan aralı keçir

90+2`- Hakim oyunun bitdiyini bildirir

Paylaş

// pop up