`Qarabağ` - `Xəzər-Lənkəran`: 21-ci duel - Bütün rəqəmlər və məqamlar

single-news
15 Sen 2011

`Qarabağ` - `Xəzər-Lənkəran`: 21-ci duel - Bütün rəqəmlər və məqamlar



`Qarabağ`ımız Sentyabrın 17-sində `Xəzər-Lənkəran`la qarşılaşacaq. Suraxanı qəsəbə stadionunda baş tutacaq görüş tərəflərin çempionatda sayca 19-cu qarşılaşması olacaq. Daha 2 görüşün də kubok çərçivəsində baş tutduğunu nəzərə alsaq cari matçın 21-ci olduğunu görərik.
Qısa tarixinə baxmayaraq artıq  yetərincə auditoriya toplayan duel haqqında bütün məqamları məqamları diqqətinizə çatdırırq.

Xülasə


2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi,3:1. Əvəzində  komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.
2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk dövrədə `Şəfa` stadionunda keçirilən `ev` matçında 2:1 hesabı ilə qələbə qazanan Qarabağ`ımız cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.
2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Uyğun olaraq 2:0 və 4:1.
2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərib. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.
2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bildi. Belədə, komandamız 3:1-lik qələbəylə Lənkəranda ilk qələbəsini qazandı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
2009-2010 mövsümündə çempionatın yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldu. Üstəlik, kubokun ¼ final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla komandamıza qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-ündə Lənkəranda baş tutdu. Buna qədər 5 oyundu çempionatda cənublulara məğlub olmayan komandamız 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi. Cavab görüşündə isə komandamız Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 qalib gəldi.  Kubok qarşıdurmasında isə `Qarabağ`ımız ilk görüşdə 2:1 qələbə qazansa da, cavab görüşündə 1:0 məğlub oldu.
2010-2011. Heç-heçələri sevməyən tərəflər təsnifat mərhələsində bu dəfə də hərəyə bir qələbə qazandılar. Amma bu dəfə qələbə tərəfləri dəyişdilər. Adətən ev oyunlarında üstün olan komandalar bu dəfə səfərdə 3 xalı qazandılar. Oktyabrın 30-unda Tofiq Bəhramov adına respublika stadionunda baş tutmuş görüşdə nominal ev sahibi olan komandamız 1:0 hesabıyla məğlub oldu. Arbanasın vurduğu baxımlı qol oyunda yeganə oldu. Qış fasiləsinə yollanmamışdan öncə bu dəfə tərəflər 16-cı dəfə üz-üzə gəldilər. Rauf Əliyevin benefisi ilə yadda qaldı. Alim Qurbanovun 1 qoluna gənc forvardımız dublla cavab vedi.
Final mərhələsində baş tutan görüşlərdə isə kimsə qələbə qazana bilmədi. Öncə Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alındı, cavab matçında isə Opara hesabı açsa da, son dəqiqə İlqar Qurbanov sabiq komandasını cəzalandırdı, 1:1

Məqamlar

***  İndiyə kimi tərəflərin 20 oyunu baş tutub. 18 görüş çempionatda, 2 görüş isə kubokda
*** 18 görüşdə `Qarabağ` 8 qələbə qazanıb, 7 dəfə `Xəzər-Lənkəran` 3 xala sevinib.
***  Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 3 bərabərlik qeydə alınıb ki, bunların 2-si sonuncu oyunlarda qeydə alınıb.
***  Sonuncu maçtda qeydə alınan heç-heçə tərəflərin ilk qollu bərabərliyi oldu.
*** İqor Ponomaryov və Rasim Kara hər 2 iki komandanın baş məşqçisi olub. Ponomaryovlu `Qarabağ` məhz Karanın `X-L`inə qarşı oynayıb. İlk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb.
***  Rasim Karanın başçılığı altında `Qarabağ`ın `X-L`lə görüşlərdə 2 məğlubiyyət 1 qələbəsi var.
*** 2008-09 mövsümündə isə `Qarabağ` bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın `X-L`-lə qarşılaşıb və ilk səfər qələbəmiz reallaşıb, 1:3.
*** Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, `Qarabağ`ın başındaykən `X-L`-ə qarşı oynamayıb.
*** Tərəflərin ilk dörd duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb.
*** 2006-07 mövsümündə isə `X-L` Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb.
*** Ən uzun qələbə seriyası isə `Qarabağ`a məxsusdur. 2008 və 2009-cu illərdə keçirilən 4 qarşılaşmada `Qarabağ`ımız qalib tərəf olub.
*** Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009-2010 mövsümündə ¼ finalda  `Qarabağ`ımız evdə 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0-lıq qələbəylə mərhələ adlayıblar.
***  Çempionatlarda `Qarabağ` rəqibinə 19 dəfə, `Xəzər-Lənkəran` isə 22 dəfə komandamıza qol vurub
***  Tərəflər ümumilikdə 45 qol vurublar. Yerli futbolçular 28, əcnəbilər isə 17 dəfə fərqləniblər.
***  Tərəflərin duelində ilk qolu 2004-05 mövsümündə Vadim Vasilyev vurub.
***  Maraqlıdı ki, 2004-cü ilin dekabrın 12-ində baş tutmuş ilk görüşdə meydana çıxanlardan sadəcə Vüqar Nadirov indi də `Qarabağ`ın formasını geyinir. `X-L`-də isə həmin oyunda tər tökmüş Alim Qurbanov 8 il sonra eyni komandanın şərəfini qoruyur.
*** 20 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər.
***  Duellər tarixində ən çox qolu Samir Əliyev (X-L) və Rauf Əliyev (Qarabağ`) vurub.
***  Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli Rauf hazırda `Qarabağ`ın şərəfini qoruyur.
***  Rauf  derbidə `Qarabağ`da dubl edən yeganə futbolçudur. `X-L`-də isə Samir Əliyev, Entomoa və Zaur Ramazanov bunu bacarıb.
*** Zaur Ramazanov hər 2 komandanın heyətində rəqibinə qol vuran yeganə futbolçudur.
*** Hazırda `Qarabağ`ın formasında çıxış edən Zaur Həşimov, Vüqar Nadirov,  İlqar Qurbanov, `X-L`-də isə Elnur Allahverdiyev və Şəhriyar Xəlilov, Alim Qurbanov əks düşərgədə forma geyinib.
*** Zaur və İlqar `Qarabağ`ın heyətində sabiq komandalarını qol vuraraq məyus etməyi bacarıblar.


`Qarabağ` - `Xəzər-Lənkəran` duellərində bütün oyunlar və qollar

2004-05  
Ev:    3:1 (Vadim Vasilyev, 16. Samir Abasov, 18. Samir Musayev, 51 – Samir Əliyev, 21)
səfər: 0:3 (Samir Əliyev 34, 43. Rəşad Abdullayev, 74)

2005-06  
Ev:    2:1 (Müşfiq Hüseynov,  4. Samir Musayev, 29 p. – Samir Əliyev, 64)
Səfər: 0:2 (Alim Qurbanov, 54. Robert İlyeş, 73)

2006-07
Ev:    1:4 (Kənan Kərimov, 25 -  Zaur Ramazanov, 29, 38. Edmond Entomoa, 42, 68)
Səfər: 0:2 (Rəşad Abdullayev, 60. Xorxe Diaz, 80)

2007-08
Ev:    2:0 (Vaqif Cavadov, 6. Zaur Həşimov, 19)
Səfər: 0:2 (Elmar Baxşiyev, 36. Juninyo, 61)

2008-09
Ev:    1:0 (Artim Şakiri, 85)
Səfər: 3:1 (Vaqif Cavadov, 54. Zaur Ramazanov, 68. Sedat Saini, 81  - Mario Souza, 90+3)

2009-10
Ev:    1:0 (Rauf Əliyev, 86)
Səfər: 0:0
Ev:    2:1 (Rəşad Sadıqov, 23. Rauf Əliyev, 35 - Mario Souza, 65)    (Final mərhələsi)
Səfər: 1:2 (Georgi Adamiya, 62 -  Svetkov, 45 p. Mario Souza, 54)    (Final mərhələsi)

2009-10 (k)
Ev:    2:1 (Rəşad Sadıqov, 59. Admir Teli, 90+3 – Opara, 20)
Səfər: 0:1 (Kabral, 15)

2010-11
Ev:    0:1 (Arbanas, 66)
Səfər: 2:1 (Rauf Əliyev 4, 75 – Alim Qurbanov,11)
Ev:    0:0                      (Final mərhələsi)
Səfər: 1:1 (İlqar Qurbanov,90+1-Opara,16)(Final mərhələsi)                                  

Qeyd: Bu araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir.
      

Paylaş

// pop up