“QARABAĞ” – “XƏZƏR-LƏNKƏRAN”: 6-CI QƏLƏBƏ ÜÇÜN
“QARABAĞ” – “XƏZƏR-LƏNKƏRAN”: 6-CI QƏLƏBƏ ÜÇÜN
Mayın 7-si Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “Xəzər-Lənkəran” görüşü milli çempionatlar tarixində sayca 10-nuncu olacaq. İndiyə kimi, komandamızın Ləmkəranlılar üzərində üstünlüyü diqqəti cəlb edir. Belə ki, “Qarabağ” bu görüşlərdə 5 dəfə qələbə qazanıb, 3 dəfə isə meydandan əliboş ayrılıb. Bir dəfə isə tərəflər meydandan bir xalla ayrılıblar. İlk gprüş isə, 1993-1994 mövsümünə təsadüf edir. O zaman ilk görüşdə hələlik yeganə heç-heçə qeyd alınsa ardından 4 qarşılaşmada komandamızın aktivinə 3 xal yaılıb. Cənubluların ilk qələbəsi isə 2004/05 mövsümünə təsadüf edir. O zaman çempionluq uğurunda mübarizə aparan komandaların duelində Lənkəranlılar 3:0 qələbə qazanaraq komanadamızın çempionluğunu əngəlləmişdi. Ötən mövsüm isə tərəflər doğma meydanlarında qələbəyə sevinmişdilər. Cari ilin ilk yarısında Lənkəranda baş tutmuş görüşdə ev sahibləri 2:0 hesabıyla qalib gəlmişdi. Tərəflərin kubok qarşıdurması isə cəmi bir dəfə qeydə alınıb və təmsilçimiz növbəti mərhələyə adlayıblar.
