`Qarabağ` `Xəzər-Lənkəran`la oyuna dərhal başlayır

single-news
12 Sen 2011

`Qarabağ` `Xəzər-Lənkəran`la oyuna dərhal başlayır



`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarına başlayıb. Dünən premyerliqanın 5-ci turunda `Sumqayıt-Şəhər`in qonağı olan komandamız  istirahət etmədən Sentyabrın 17-si baş tutacaq  oyun üçün yenidən toplaşıb. Bu gün komandamız  Suraxanı qəsəbə stadionunda 16:30-da məşq keçəcək. Komandamızda prinsipial matçöncəsi sadəcə 2 itki var. Zaur Həşimov və Emin İmaməlyevin oyunu buraxacağı dəqiqdir. Əvəzində Rəşad Sadiqovun cəzasının başa çatması üzləri güldürür. Kapitan liderə qarşı oyunda meydana çıxa biləcək.
Xatırladaq ki, cari mövsüm `ev` oyunlarımızı keçirdiyimiz Quzanlı qəsəbə stadionu təmirə bağlandığı üçün `X-L`-ə qarşı oyun Suraxanıda Tofiq İsmayılov adına stadionda keçiriləcək.

Paylaş

// pop up