`Qarabağ` Xəzər-Lənkəran`la oyuna hazırdır
22 Dek 2010
`Qarabağ` Xəzər-Lənkəran`la oyuna hazırdır
`Qarabağ`ımız artıq `Xəzər-Lənkəran`la oyuna hazırdır. Dünən axşam Lənkərana çatan komandamız istirahət edib. Bu gün səhər saat 11-də isə komandamız oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda 1saatlıq məşq edib. Belədə oyunun hazırlıqlarını tamamlayan komandamız oyun saaatını gözləməyə başlayıb.
Xatırladaq ki, dekabrın 23-ü saat 17:00-da start götürəcək oyun `İdman Azərbaycan` kanalı ilə canlı yayımlanacaq.
Oyunu Rövşən Əhmədovun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.