“Qarabağ” xorvat müdafiəçiləri baxışdan keçirir ( APA, 25.07.2005)

single-news
25 İyl 2005

“Qarabağ” xorvat müdafiəçiləri baxışdan keçirir ( APA, 25.07.2005)



QAX. Növbəti ölkə çempionatına Qazda hazırlaşan Ağdamın “Qarabağ” klubu bir neçə futbolçu ilə müqavilə bağlayıb. Komandanın mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun APA-ya verdiyi məlumata görə, son iki mövsümü “Neftçi” klubunda keçirmiş Eltay Aslanovla razılaşma əldə olunub. Bundan başqa, Rəşad Muradov, Dmitri Spirin, Vasif Haqverdiyev, Dmitri Yeremeyev, Namiq Yusifov, Fəqan Şahbazov, Müşfiq Hüseynov və Tərlan Mahmudov da növbəti mövsümdən Ağdam klubunun şərəfini qoruyacaqlar. A. Əsgərovun sözlərinə görə, klub rəhbərliyi düşərgəyə iki legioner də dəvət edib. Hazırda toplanışda iştirak edən xorvat müdafiəçilər Blajenko Bekovaç və Kolak Drajenin “Qarabağ”da qalıb-qalmayacağı baş məşqçi Elxan Abdullayevin yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. /APA/

Paylaş