`Qarabağ` Xüsusi Olimpiya hərəkatında
1 İyn 2011
`Qarabağ` Xüsusi Olimpiya hərəkatında
`Qarabağ`ımız daha bir sosial layihədə iştirak edib. Azərbaycan Xüsusi Olimpiya Komitəsiylə uzu müddətdir əməkdaşlıq edən `Qarabağ` Futbol Klubu adı çəkilən qrurumla birgə daha bir layihəni reallaşıdırıb. Belə ki, `Qarabağ`ın bazasında 1 iyun beynəlxalq uşaq günü münasibətiylə turnir keçirilmişdir. İnternat və əqli məhdudiyyətləri olan uşaqlar arasında keçirilən turnirdə oğlanlarla yanaşı qızlar da iştirak ediblər. Yarışlarda Türkan, Sabuncu, Suraxanı, Xəzər, Qaradağ rayon və qəsəbələrdən olan komandalar iştirak ediblər. Qızların yarışında Türkan birinci, Sabuncu və Xəzər məktəbliləri isə 2-3cü yeri tutublar. Oğlanların yarışında isə `Xəzər 16` ilk yeri əldə edb. Nəsimi və Sabunçu şagirdləri isə sonrakı pillələri tutublar.
Yarışın sonunda mükafatlnadırma mərasimi keçirilib. Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev `Qarabağ` Futbol Klubuna daim onlara dəstək verdiyi üçün öz təşəkkürünü bildirib. Qaliblərə medallar və kubok verilib. Sonda bütün iştirakçılar birlikdə xatirə şəkli çəkdiriblər.