"Qarabağ" yalnız qələbə barədə düşünür (525-ci qəzet, 28.10.2006)

single-news
28 Okt 2006

"Qarabağ" yalnız qələbə barədə düşünür (525-ci qəzet, 28.10.2006)



"Qarabağ" futbol klubu ölkə çempionatının növbəti turunun oyununa hazırlığa başlayıb. Son turda "Olimpik"lə matçda iki xal itirən komanda artıq bu uğursuzluğu unudaraq qarşıdakı matçlarda yalnız qalibiyyət haqqında düşünür. Komanda son turun oyunundan sonra bir günlük istirahət edərək, hazırlığa start verib. "Turan"la matç təxirə salındığı üçün ikitərəfli görüşlə bunu kompensasiya etmək istəyən baş məşqçi Böyükağa Ağayev komandanın ən çətin oyunlarının qarşıda olduğunu bildirib: "Noyabrda komandamı çox çətin oyunlar gözləyir. Lənkərana səfərdən sonra Bakıda təxirə salınmış "Karvan", ardınca "Neftçi" ilə kubok və "İnter"lə çempionat oyunlarında maksimum nəticə qazanmaq lazımdır. Bu, bizim çempionluq yolunda taleyimizi böyük ölçüdə həll edəcək. Ötən turlara nəzər yetirdikdə məğlubiyyətsiz irəliləməmizi, çempionla və "Neftçi" ilə səfər oyunlarından xalla dönməmizi komandamın uğuru hesab edirəm. Lakin "Simurq"la və "Olimpik"lə oyunlarda biz xal itirməməliydik. Bütün bunlara baxmayaraq, hər komanda xal itirir. Heyətlə bağlı elə bir problem yoxdur və futbolçularımın nəyə qadir olduqlarını qarşıdakı çətin oyunlarda göstərəcəklərinə inanıram".

Paylaş