"QARABAĞ" YANVARIN 5-DƏ YOLA DÜŞÜR

single-news
12 Dek 2007

"QARABAĞ" YANVARIN 5-DƏ YOLA DÜŞÜR



Ilk dövrənin başa çatmasına baxmayaraq, “Qarabağ” hələ də məşqlərini davam etdirir. Hər gün saat 11:00-a təsadüf edən hazırlıqlarda futbolçular fiziki və taktiki planda olan çatışmazlıqlar üzərində işləyirlər. Komandanın heyətində yer alan legionerlər əvvəlcədən də gözlənildiyi kimi, vətənlərinə yola düşüblər. Yalnız Qoqa və İrakli Beraya qardaşları ayın 18-ə, yəni komanda tam heyətlə qış fasiləsinə yollanana qədər məşqlərə çıxacaqlar. Bu arada Ağdam klubunun ikinci dövrə üçün tərtib etdiyi hazırlıq planı da məlum olub. Belə ki, “Qarabağ” yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Ağdamlılar bu şəhərdə yerləşən “Santai” otelində məskunlaşacaqlar. Belek ərazisində yerləşən bu otel Türkiyədə kifayət qədər tanınır. Bundan başqa adı çəkilən otelə Almaniya, Hollandiya və Rusiyanın məhşur komandalarının da gələcəyi də gözlənilir. Bunu nəzərə alsaq, “Qarabağ”ın həmin ölkədən olan rəqiblərlə yoldaşlıq görüşləri keçirəcəkləri də istisna olunmur. Amma həmyerlilərimizin həmin ölkədən olan hansı klublarla qarşılaşacağı hələ dəqiq məlum deyil.

 Bu məsələyə Antalyada aydınlıq gələcək. Bundan başqa, yerli klublarla qarşılaşmaq da gündəmdə olan məsələdir. Ümumilikdə, qarabağlılar Türkiyədə 3 həftə qalmağı planlaşdırırlar. Rasim Karanın yetirmələri yanvarın 26-da vətənə dönəcəklər. Çempionatın ilk dövrəsi başa çatandan sonra Türkiyəyə işgüzar səfərə yollanan baş məşqçi Kara da artıq Azərbaycana dönüb.Onun Türkiyədə “Qarabağ” a yeni futbolçuların transferi ilə bağlı müəyyən işlər apardığı deyilir. Mütəxəssis bu sahədəki fəaliyyətini Azərbaycanda da  davam etdirəcək. Bu haqda hələ konket məlumat verilməsə də, hər şeyə ikinci dövrə üçün nəzərdə tutulan strategiyanın müəyyənləşəcəyi toplantıdan sonra aydınlıq gələcək. Belə ki, məhz həmin toplantıdan sonra komandada nəzərə çarpacaq dəyişikliklərin baş verəcəyi gözlənilir. Deməli, ikinci dövrədə “Qarabağ”ın heyətində yeni adların olacağı istisna edilmir. Yeri gəlmişkən, “Simurq”un futbolçusu Ramil Sayadovun xidmətində “Qarabağ”ın maraqlı olduğu deyilir. Futbolçunun keçidi ilə bağlı danışıqlar müsbət nəticələnməsə, o zaman Ağdam klubunun Sayadovu icarəyə götürəcəyi də gündəmdədir.

Paylaş

// pop up