`Qarabağ` Yanvarın 6-sı başlayır.
28 Dek 2009
`Qarabağ` Yanvarın 6-sı başlayır.
`Qarabağ` Futbol Klubu 2009-cu illə vidalaşıb. Dekabrın 24-ü `Bakı`yla baş tutmuş oyundan sonra istirahətə buraxılan komandamız yeni ilin ardından yenidən yığışacaq. Daha dəqiq desək, Yanvarın 6-sından etibarən topbaşına yığışacaq komandamız ilkin mərhələdə hazırlıqlarını Bakıda davam etdirəcək. 5 gün sonra Türkiyəyə yollanacaq komandamız hər zaman olduğu kimi Antalyada təlim-məşq toplanışı keçəcək. 5 ulduzlu `İC Santai` otelində qalmağı planlaşdıran komandamız Aralıq dənizi sahillərində 2 həftə qalmağı planlaşdırır. Mac həftəsi Azərbaycana dönəcək komandamız `Neftçi`ylə derbiyə hazırlaşacaq. Bu arada nəzərinizə çatdıraq ki, komandamız ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyə Antalyada aydınlıq gələcək.