"Qarabağ" yarımfinalda

single-news
6 Fev 2021

"Qarabağ" yarımfinalda



"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qəbələ"nin qonağı olub. 

 

Matçın 6-cı dəqiqəsində kapitan Maksim Medvedev komandamızı hesabda önə keçirib. Qarşılaşmanın ilk hissəsinin əlavə edilmiş 4-cü dəqiqəsində Patrik Andrade penaltidən fərqlənərək, 2-ci qolumuzun müəllifi olub. Andrade 48-ci dəqiqədə özünün 2-ci, komandamızın 3-cü qolunu vurub və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 3:0.

 

Ümumi hesabda 6:1 hesabı ilə qalib gələn "Qarabağ" yarımfinala adlayıb. Komandamızın rəqibi "Səbail" - "Sumqayıt" oyununda sonra müəyyənləşəcək.

Paylaş

// pop up