“Qarabağ” yarımfinalda

single-news
8 Fev 2024

“Qarabağ” yarımfinalda



“Qarabağ” – “Sabah” - 3:4
Azərbaycan Kuboku, 1/4 final mərhələsi cavab oyunu

8 fevral 2024. Saat 20:00. Tofiq Bəhramov adına Respublika Stadionu. 750 tamaşaçı

Baş hakim: Rauf Allahverdiyev

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Cəmil Quliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Nicat İsmayıllı

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqələr: Mateus Silva, 38 (qeyri-idman hərəkəti) // Boyan Letiç, 37 (qeyri-idman hərəkəti

Qırmızı vərəqə: Riçard Almeyda, 78 (ciddi qayda pozuntusu)

Qollar: Hamidu Keyta, 30; Adama Diakabi, 62; Maruan Hadudi, 74 (ö.q.) // Kristian da Silva, 5; Jarl Marqarita, 27; İshak Belfodil, 58, 69 (p.)

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

İlk oyun – 7:1

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. “Qarabağ” “Səbail”ə qarşı keçirdiyi çempionat matçı ilə müqayisədə 8 dəyişikliklə başlayıb.

 

Baş məşqçi start heyətində Riçard Almeyda, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Hamidu Keyta, Marko Yankoviç, Adama Diakabi, Mateus Silva və Redon Cicaya şans verib. Onlar Aleksey İsayev, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Marko Veşoviç, Olavio Juninyo, Julio Romao və Leandro Andradeni əvəzləyiblər.

 

Matç qarşılıqlı hücumlarla başlayıb. Bakı klubu belə həmlələrin birində hesabı açıb. Komandamız buraxılan qola dərhal cavab vermək üçün ardıcıl hücumlar qurub.

 

Dəfələrlə fərqlənməyə yaxın olan “Qarabağ”ın heyətində Yassin Benzia, Redon Cica və Hamidu Keyta imkanları boşa verib. Hissənin ortalarında qonaqlar fərqi iki topa çatdırıb. Bu qoldan üç dəqiqə sonra Hamidu Keyta rəqib qapısına yol tapıb – 1:2. “Qarabağ” fasiləyədək bərabərlik qolunu vurmağa çalışsa da, futbolçularımız hücumlarda son nöqtəni qoya bilməyiblər.

 

İkinci yarı da qarşılıqlı həmlələrlə start götürüb. Daha məhsuldar keçən hissədə dörd qol qeydə alınıb. Bakı təmsilçisi 2 dəfə fərqi iki topa çatdırmağa nail olsa da, “Qarabağ” da rəqib qapısına yol tapıb. Öncə Adama Daiakabi fərqlənibsə, bir dəfə də paytaxt təmsilçisi avtoqol vurub. Görüşün sonlarında Riçard Almeydanın qırmızı vərəqə almasından sonra komandamız azlıqda qalıb. Ev oyununda 3:4 hesabı ilə uduzan “Qarabağ” iki matçın yekununa əsasən yarımfinala adlayıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu fevralın 11-də “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının XXII turunun matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

“Qarabağ”

99. Andrey Lunyov

20. Riçard Almeyda

5. Maksim Medvedev (k)

30. Abbas Hüseynov

44. Elvin Cəfərquliyev

(27. Toral Bayramov, 63)

7. Yassin Benzia

(6. Julio Romao, 82)

17. Hamidu Keyta

8. Marko Yankoviç

(66. Patrik Andrade, 63)

11. Adama Diakabi

(29. Marko Veşoviç, 87)

2. Mateus Silva

(13. Bəhlul Mustafazadə, 63)

19. Redon Cica

 

Ehtiyat oyunçular:

 

89. Amin Ramazanov

71. Qurban Məhərrəmov

55. Bədavi Hüseynov

90. Nəriman Axundzadə

10. Abdullah Zubir

18. Olavio Juninyo

15. Leandro Andrade

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Sabah”

1. Yusif İmanov

4. Elvin Camalov (k)

2. Amin Seydiyev

5. Rəhman Daşdəmirov

15. Kristian da Silva

24. Maruan Hadudi

14. İshak Belfodil

(19. Emmanuel Apeh, 82)

7. Boyan Letiç

(88. Xəyal Əliyev, 90+2)

28. Kahim Parris

(17. Tellur Mütəllimov, 69)

12. Vinsent Til

(9. Anatoli Nuriyev, 82)

27. Jarl Marqarita

(70. Cesse Sekidika, 69)

 

Ehtiyat oyunçular:

 

75. Emil Həbibov

76. Süleyman Həsənov

6. Abdulax Xaybulayev

40. Rauf Rüstəmli

25. Hüseyn Məmmədzadə

53. Fəxri Məmmədli

3. Con İrasabal

 

Məşqçi: Ruslan Qafitullin

Paylaş