"QARABAĞ" YARIMFİNALDA ! ! !

single-news
18 Mar 2006

"QARABAĞ" YARIMFİNALDA ! ! !



"Qarabağ" Futbol Klubu tarıx yazdı... İlk görüşdə 3:2 hesabı ilə qalib gələn komanda cavab görüşündə bu üstünlüyü qorumalı idi. Suraxanıdakı oyunda son dəqiqədə 11 metrəlik cərimə zərbəsi ilə iki qolluq üstünlüyü qoruyub saxlaya bilməyən "Qarabağ"lılar daha çətin işin öhdəsindən gəldilər: Onlar minimal qələbəni qoruyub saxladılar... MATÇ ÖNCƏSİ .... "Qarabağ"da əhval-ruhiyyə yüksəkdir. Bütün futbolçular qələbə haqqında düşünür. Daha güclü tərəfin "Qarabağ" olacağına əminlik hər bir "Qarabağ"lının simasında yazılıb.... 90 DƏQİQƏ.... İlk hissədə meydanın mərkəzində üstünlüyü ələ almağa çalışan meydan sahibləri Aslan - Romal - Qoqa üçlüyünün 90 dəqiqədə göstərdiyi futbolun izləyicisinə çevrildilər. Mübarizin sağdan İliçin soldan rəqibə hərəkət etmək üçün imkan verməməsi isə "Bakı"nın qarşısına sədd çəkdi. 90 dəqiqə ərzində hücum etməyə çalışan "Bakı"lılar bir təhlükəli vəziyyət belə yarada bilmədilər. Əvəzində İlk hissədə Qoqanın, ikinci hissədə isə Samirin təhlüklə zərbələrinin qarşısını qapıçı çətinliklə ala bildi... Qolsuz bərabərlik "Qarabağ" adını yarımfinala yazdı... MATÇ SONRASI . . . Sevincin həddi - hüdudu yoxdur. Tarix boyu 8-ci dəfə 1/4 final çıxan "Qarabağ" 100% nəticə göstərərək 8-ci dəfə də adını yarımfinala yazdı. NƏTİCƏ: Son ölkə kubokunun sahibi olan "Bakı"nı "Dayan!" deməyə məcbur edən "Qarabağ"ın yarımfinalda rəqibi son ölkə çempionu "Neftçi" FK-dur....

Paylaş