"QARABAĞ" YARIMFİNALDA !
"QARABAĞ" YARIMFİNALDA !
Azərsun Holding və Qarabağ Futbol klubunun təşkilatçılığı ilə keçirilən "Həmrəylik Turniri"ndə 1/4 finalın oyunları keçirildi. Bu oyunlardan sonra turnirin ən yaxşı 4 komandası fəxri kubok uğrunda mübarizəsini davam etdirəcək...
1/4 finalda ilk olaraq meydana CROSS CASPİAN və MÜHAFİZƏ DEPARTAMENTİ komandaları çıxdılar. 15-ci dəqiqədə Natiq Ağayevin qoluna mühafizəçilərdən Mahir Səmədov 5 dəqiqə sonra cavab verdi. Lakin 32-ci dəqiqədə Zaur Məmmədovun qolu isə həlledici oldu və CROSS CASPİAN yarımfinala yüksəldi.
1/4 finalın ən maraqlı qarşılaşması QAFQAZ TİCARƏT və RUSLAN-93 komandaları arasında keçdi. İlk hissədə Bəhram Haqverdiyevin qoluna yalnız ikinci hissənin ortalarında Səmət nəbiyev cavab verə bildi. MAtç sona yaxınlaşdıqca hər iki tərəf hücuma atılırdı ki, bu da müdafədə boşluqlar yaradırdı. Bundan isə RUSLAN (Ⅶ komandası daha məharətlə istifadə edərək rəqibi daha iki dəfə mərkəzə dəvət etdi- 3:1 və RUSLAN 93 komandası da mübarizəni davam etdirir.
1/4 finalın 3-cü cütün QARABAĞ və DEPO SEVKİYAT komandaları arasında keçirildi. Oyunu maraqlı edən məqam isə Professional "Qarabağ" Futbol komandaısnın Baş Məşqçisi Rasim Karanın da "Qarabağ" komandasının heyətində meydana çıxması oldu. İlk qol da məhz ondan gəldi. Ötürmədən sonra saxlamadan topa zərbə qapı torunu silkələdi. Bundan sonra Emin Salmanov və Yaşar hüseynov da hərəyə iki dəfə fərqləndilər. Depo Sevkiyat komandası isə bu qolardan yalnız 3-nə cavab verdilər. Topları İmran Ramazanov, Fuad Azayev və Rza Tağızadə vurdular.
1/4 finalın sonuncu oyunu isə PETROLİUM_2 komandası ilə KARTON TARA komandaları arasında keçirildi. Petrolimdan Ahmet Adıgüzel bu oyunda da dubla imza atdı. Amma Karton Taradan iki futbolçu- Eldəniz Ələsgərov və Anar Heydərov eyni cavabı petrolçulara verdi. bundan əlavə Fərrux Məmmədov və Abdulla Daşdəmirovda rəqib torunu silkələdikdə - bu oyunun nəticəsini müəyyənləşdirdi- 6:2 və KArton Tara komandası da yarımfinalda.
Beləliklə, yarımfinalda aşağıdakı komandalar qarşılaşacaqlar:
CROSS CASPİAN - QARABAĞ
RUSLAN 93 - KARTON TARA
Oyunlar 28 aprel tarixində keçiriləcək.



