`Qarabağ` yenə də Azərbaycanda 1-ci, Avropada isə 121-cidi

single-news
6 Apr 2011

`Qarabağ` yenə də Azərbaycanda 1-ci, Avropada isə 121-cidi



`Qarabağ`ımız yenə Azərbaycanda birincidir. Azərbaycanımızın Avrokuboklarda ən başarılı təmsilçisi `Qarabağ`ımız UEFA-nın Avropa klubları üçün açıqladığı əmsallar cədvəlində Azərbaycan komandaları arasında birinci pillədə məskunlaşıb.

Son iki ildə Avropa Liqasının play-offuna qədər irəliləyərək 5 mərhələ keçən `Qarabağ`ımız 4,233 balla Avropada 231-ci yeri tutur. Azərbaycan klublarından sonrakı yerləri müvafiq olaraq `Bakı` (302-ci yer, 2,733 bal) və `İnter` (311; 2,483) tutur.

`Qarabağ`ımız eyni zamanda cari mövsümdə Avrokubokda əmsal hesabıyla da 121-cı sırada qərarlaşıb.

Digər klublarımızın UEFA-nın reytinqindəki mövqeyi isə belədir:
`Xəzər Lənkəran` - 365; 1,483
`Simurq` - 365; 1,483
 AZAL - 385; 1,233
`MKT-Araz` - 385; 1,233
`Neftçi` - 385; 1,233
`Karvan` - 385; 1,233

Paylaş

// pop up