"QARABAĞ" YENƏ DƏ SUSDU.(HET-TRİK,10.06.2005)

single-news
10 İyn 2005

"QARABAĞ" YENƏ DƏ SUSDU.(HET-TRİK,10.06.2005)



Xatırlayırsınızsa, ötən sayımızda "Qarabağ" elitanı tərk edə bilər" sərlövhəli yazı dərc olunmuşdur. "Qarabağ" rəsmilərinin xəbərə münasibət bildirəcəklərinin gözləsək də, onlar susmağı üstün tutdu. Baxmayaraq ki, bu xəbər azarkeşlər arasında böyük rezonansa səbəb olub. Şok xəbərdən sonra qarşı tərəfin susması nəzərə alaraq "Qarabağ" rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, onlarla təmas yarada bilmədik. Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov isə məsələyə münasibətini belə bildirdi: "Xəbər "Qarabağ" rəsmilərinin adından verilmədiyi üçün buna münasibət bildirməməyi qərara aldıq. O ki qaldı klub haqqında yayılan şayiələrə, bunların hamısına son bir həftədə aydınlıq gələcək. Elə buna görə də klub rəsmiləri mətbuatla təmas yaratmır."

Paylaş