`Qarabağ` yenə zirvədə, `Qəbələ` 2-ci pilləyə qalxdı - S
`Qarabağ` yenə zirvədə, `Qəbələ` 2-ci pilləyə qalxdı - S
Klubların 2011-ci ildə Azərbaycan yığmasında təmsilçiliyi müəyyənləşib. Yığmamızın arxada qalan 10 oyununda 14 klub miliyə futbolçu verib. Bunlardan ikisi Rusiya (Anji və Volqa), biri Serbiya (Mladost), biri Almaniya (Frayburq-II), biri də Türkiyə (Əskişəhərspor) təmsilçisidir.
Yerli 9 klub arasında isə `Qarabağ` liderdir. Milliyə ilboyu hamıdan çox futbolçu verən Ağdam təmsilçisi həm oyun, həm də qol sayında hamıdan öndədir. Yığmanın vurduğu 9 qoldan beşi məhz `Qarabağ`ın üzvləri vurub.
Yayda yığma oyunçuları ilə güclənən `Qəbələ` siyahıda 2-ci pilləyə yüksəlib. İddialı `Xəzər Lənkəran` və `Neftçi` isə millinin baş məşqçisi Berti Foqtsun gözündə sonrakı pillələrdə durur. Düzdür, heyətdə möhkəmlənən lənkəranlılar ümumi oyun sayında `Qəbələ`ni də arxada qoyurlar. `Bakı` və `İnter` kimi klublar isə liderlərdən çox uzaqda qalıb.
Bu il yığmada oynamış 28 futbolçudan 7-si bu oyunlarda 2 klubun təmsilçisi kimi çıxış edib. Bunlar Rəşad Sadıqov, Murad Hüseynov, Vaqif Cavadov, Elvin Məmmədov, Mahir Şükürov, Vurğun Hüseynov və Aleksandr Çertoqanovdur.
Qeyd edək ki, `Qarabağ` ötən il daha böyük üstünlük əldə etmişdi. Həmin vaxt 10 futbolçu millidə 50 oyun keçirmişdi.
1. `Qarabağ` – 7 futbolçu, 35 oyun, 5 qol
Rauf Əliyev (8, 3), Rəşad Sadıqov (8), Əfran İsmayılov (7), Vüqar Nadirov (6, 2), Rəşad Sadiqov (4), Elvin Məmmədov (1), Maksim Medvedev (1)
2. `Qəbələ` – 6 futbolçu, 24 oyun, 2 qol
Vurğun Hüseynov (6), Aleksandr Çertoqanov (5), mahir Şükerov (4, 1), Arif İsayev (4), Murad Hüseynov (3, 1), Saşa Yunisoğlu (2)
3. `Xəzər Lənkəran` – 4 futbolçu, 28 oyun, 20 buraxılmış qol
Kamran Ağayev (9, -20), Rahid Əmirquliyev (9), Elnur Allahverdiyev (6), Branimir Subaşiç (4)
4. `Neftçi` – 3 futbolçu, 18 oyun, 1 qol
Ruslan Abışov (9), Rail Məlikov (5), Cavid Hüseynov (4)
5. `İnter` – 3 futbolçu, 8 oyun
Vladimir Levin (4), Aleksandr Çertoqanov (3), Nizami Hacıyev (1)
6. `Bakı` – 3 futbolçu, 6 oyun
Vaqif Cavadov (4), Elvin Məmmədov (1), Fabio Luis Ramim (1)
7. AZAL – 2 futbolçu, 5 oyun
Elşən Məmmədov (3), Aqil Nəbiyev (2)
8. `Frayburq-II` (Almaniya) – 1 futbolçu, 5 oyun
Ufuk Budak (5)
9. `Volqa` (Nijni-Novqorod, Rusiya) – 1 futbolçu, 3 oyun, 1 qol
Vaqif Cavadov (3,1)
10-11. `Turan` – 1 futbolçu, 2 oyun
Vurğun Hüseynov (2)
10-11. `Anji` (Rusiya) - – 1 futbolçu, 2 oyun
Mahir Şükürov (2)
12-14. `Sumqayıt Şəhər` – 1 futbolçu, 1 oyun
Andrey Popoviç (1)
12-14. `Mladost` (Serbiya) – 1 futbolçu, 1 oyun
Murad Hüseynov (1)
12-14. `Əskişəhərspor` (Türkiyə) – 1 futbolçu, 1 oyun
Rəşad Sadıqov (1)
Vüqar XEYRULLAYEV
apasport.az