`Qarabağ` yeni formalarla meydana çıxacaq
19 Mar 2010
`Qarabağ` yeni formalarla meydana çıxacaq
`Qarabağ`ımız `Qəbələ`ylə oyunda yeni formalarla meydana çıxacaq. `Qarabağ` Futbol Klubunun sponsorlarından olan Azərbaycan Sənaye Bankı `Qarabağ`ımız üçün yeni formalar hazırladıb. Dünyanın ən məşhur idman geyimi istehsalçılarından olan `Adidas`dan alınan formalar 2010-cu il kolleksiyasındandır. Yeni formalarla baglı digər maraqlı və sevindirici məqam isə ondan ibarətdir ki, artıq oyun dəstinin arxasında futbolçunun adı da yazılacaq. Qeyd etdiyimiz kimi, artıq Martın 21-i premyerliqanın final mərhələsinin 2-ci turunda `Qəbələ`ylə matçda komandamız yeni formalardan istifadə edəcək.