`Qarabağ` yeni mövsümə start verdi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
6 İyn 2011
`Qarabağ` yeni mövsümə start verdi
`Qarabağ`ımız yeni mövsümə start verdi. Ötən mövsümü bürünc medallarla bitirən `Qarabağ`ımız 2011-2012 mövsümünün hazırlıqlarına başladı. Dünən bazada toplaşana futbolçular , bu gün 2 məşqlə kifayətləniblər. Komandamız bu minvalla ayın 8-inə kimi Bakıda məşq edəcəklər. İyunun 9-u isə `Qarabağ`ımız təlim-məş toplanışı üçün Türkiyəyə yollanacaq. `Qarabağ`ımız iyunun 23-ünə kimi Ankara yaxınlığında yerləşən Qızılcahamamda təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, `Qarabağ`ımız məşqlərə başlada da, heç də tam heyətlə məşq edə bilmir. Nderim Nedzipi və Bojan Pavloviç artıq `Qarabağ`ın düşərgəsindədir. Fərqli millinin düşərgələrində olan 10-dan çox futbolçumuz isə toplanışa bir qədər gec qatılacaq. Milli futbolçulara komandamızın baş məşqçisi Qurban Qurbanov 13-ünə kimi istirahət verib.