"QARABAĞ" YENİYETMƏ FUTBOLÇULARIN MÜSABİQƏSİNİ KEÇİRİR(ÜÇ NÖQTƏ, 15.03.2005)

single-news
15 Mar 2005

"QARABAĞ" YENİYETMƏ FUTBOLÇULARIN MÜSABİQƏSİNİ KEÇİRİR(ÜÇ NÖQTƏ, 15.03.2005)



Azərbaycanda ilk dəfə yeniyetmə futbolçuların seçilməsi üçün müsabiqəni "Qarabağ" komandası təşkil edib. Martın 11-dən 14-dək 1987-92-ci il təvəllüdlü yeniyetmə uşaqlar "Şəfa" stadionunda sınaqdan keçiblər. 1200 yeniyetmə arasından 100-ə yaxını 2-ci tura vəsiqə qazanıb. Bu mərhələdən qalib çıxanlar isə "Qarabağ"ın uşaq futboluna rəhbərlik edən türkiyəli məşqçi Hamdi Sərpil Tüzünün başçılığı altında futbolun sirlərini daha mükəmməl şəkildə öyrənməyə başlayacaqlar. Məşqçi müsabiqə ilə bağlı verdiyi açıqlamada qeyd edib: "Mən bütün Azərbaycan xalqına təşəkkür edirəm ki, onlar bizim müsabiqəyə belə diqqətlə yanaşdılar. Əsas məqsədimiz yeniyetmələri seçib Azərbaycan futboluna bəxş etməkdir. Hətta müsabiqə müddətində də qeydiyyata düşmək üçün çoxlu zənglər olurdu". Türk mütəxəssis yaxın günlərdə 1990-93-cü il təvəllüdlü uşaqlar arasında da müsabiqə keçiriləcəyini qeyd edib.

Paylaş