"QARABAĞ" YEVLAXA YOLA DÜŞDÜ . . .

single-news
19 Avq 2006

"QARABAĞ" YEVLAXA YOLA DÜŞDÜ . . .



"Qarabağ" Futbol Klubu XV Azərbaycan Çempionatının növbəti turu çərçivəsində Qəbələnin "Gilan" klubu ilə oyunun keçiriləcəyi Yevlax şəhərinə yola düşdü. Komanda ilə bağlı son durumu haqqında komandanın Baş Məşqçisi Böyükağa Ağayev fikirlərini bölüşdü: "Komandada son durumu qənaətbəxş hesab etmək olar. Əsas problemimiz olan zədəlilərdən Sergey, Hakan sabahkı oyunda komandamıza kömək edə biləcəyini düşünürəm. Bundan başqa təzə transferimiz də sabahkı oyuna hazırdır. Bu futbolçuların komandada çıxışı sabahkı oyunda komandamızın gücünü daha da artıracağına və əsas olan daha üç xalın aktivimizə yazılacağına inanıram." Futbolçular arasında zədəli futbolçuların heyətə qayıtması ab-havanı daha da yaxşılaşdırmışdır. Futbolçular qarşıdakı oyundan yalnız qələbə ilə ayrılacaqlarına inanırlar. Bu gün "Qarabağ" FK oyunun keçiriləcəyi Yevlax şəhəri stadionunun eytiyat meydançasında məşq edəcəklər. Sonra Gəncə şəhərinə yollanacaq komanda oyun saatını gözləyəcəklər. Oyun saat 18:30-da başlanacaq.

Paylaş