“QARABAĞ” YOLA DÜŞÜR...

single-news
3 Yan 2008

“QARABAĞ” YOLA DÜŞÜR...



İstirahət başa çatdı. Dekabrın ilk günü çempionat başa çatsa da təxminən 15 gün məşqlərini davam etdirən “Qarabağ” Futbol Klubunun təxminən 20 günlük istirahəti başa çatır. Artıq, yanvarın 4-ündə bütün komanda yeni ildə ilk dəfə bir araya gələcək. Yeni transferimiz Zaur Həşimov da bu gündən etibarən yeni komanda yoldaşlarına qoşulacaq. Yanvarın 4-ündə “Qarabağ” bazada qalacaq. Yanvarın 5-i səhər 07:30-da komandamız Bakı-İstanbul reysiylə qardaş ölkəyə yola düşcək. Saat 10:00-da isə İstanbul – Antalya reysiylə komandamız yeni ilin ilk təlim-məşq toplanışını keçirəcəyi Antalyanın Belek bölgəsinə yola düşəcək. Antalyanın Santai hotelində məskunlaşacaq komandamız Yanvarın 26-sına kimi adıçəkilən hoteldə qalacaq. Gündə 2 dəfə nəzərdə tutulan məşqlərdən əlavə komandamız ən azı 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Paylaş

// pop up