`Qarabağ` yola düşür
10 Sen 2009
`Qarabağ` yola düşür
`Qarabağ`ımız sabah yola düşür. Premyerliqanın 4-cü turunda baş tutacaq `Standard`la oyun üçün komandamız sabah səhər 10:00-da Ağdama yollanacaq. 13-ü baş tutacaq oyundan öncə komandamız Quzanlıda 2 məşq keçəcək. Maçın 17:15-də keçiriləcəyini və AZTV ilə canlı olaraq yayımlanacağını da bildirək.
`Standard`la oyuna komandamız 1 itkiylə yollanacaq. Rəşad Sadıqovun zədə səbəbindən görüşə buraxacağı dəqiqdir. Millidən dönən futbolçular isə komandaya bu gün qoşulub.
Komandamız `Standard`la oyundan sonra Ağdamda qalacaq. Və ayın 15-i 1-ci turdan təxirəsalınmış oyun üçün Tovuza yollanacaq. Sentyabrın 16-sı `Turan`la oyun baş tutacaq.