"Qarabağ" yoxlama oyunu keçirib
.jpg)
20 Mar 2021
"Qarabağ" yoxlama oyunu keçirib
Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə "Qarabağ" yoxlama oyunu keçirib.
Komandamız Azərbaycanın U-21 yığması ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ" 2:4 hesabı ilə məğlub olub. Komandamızın hər iki qolunu Seyxan Fərəcov vurub.
Əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün baş məşqçimiz Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.