`Qarabağ` Zaqataladadır

11 Mar 2013
`Qarabağ` Zaqataladadır
`Qarabağ`ımız artıq Zaqataladadır. Premyerliqanın final mərhələsində `Simurq`un qonağı olacaq komandamız artıq şimal rayonundadır. Turnir cədvəlində qonşu olan komandaların duelinə komandamız dünən yollanıb. Komandamızda sadəcə Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdir. `Qəbələ` ilə görüşdən öncə əzələsini dartan Maksim Medvedev isə komandayla birgə Zaqatalaya yollanıb. Cəza səbəbindən `İnter`lə görüşü buraxan Ansi Aqolli də meydana çıxma durumundadır. `Qarabağ`ımız bugün oyunun keçiriləcəyi saatda sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, `Simurq` - `Qarabağ` oyunu Martın 12-də saat 17:00-da keçiriləcək.