`Qarabağ` Zaqatalaya yollandı

single-news
9 Dek 2010

`Qarabağ` Zaqatalaya yollandı



`Qarabağ`ımız Zaqatalaya yola düşdü. Bu gün səhər komandamız günün tək çalışmasını edib. Şəfa stadionunun mərkəzi meydanında baş tutan çalışma 10:00-da baş tutub və 90 dəqiqə davam edib. Bazada nahar edən komandamız ardınca Zaqatalaya yola düşüb. Komandamız Zaqatalya tam heyətlə yollanmayıb. Tam hazır olmayan Əfran İsmayılov, Ayxan Abbasov və Rəşad Kərimov `Simurq`la oyuna aparılmayıb. Qara Qarayev, Murad Səttarlı, Tural İsgəndərov və Osman Umarov isə U-21-in düşərgəsinə yollanıb.
Xatırladaq ki, `Simurq` -`Qarabağ` oyunu dekabrın 11-ində saat 14:00-da keçiriləcək. 

Paylaş

// pop up