`Qarabağ` Zaqatalaya yollandı

single-news
19 Okt 2011

`Qarabağ` Zaqatalaya yollandı



`Qarabağ`ımız yola düşür. Premyerliqanın X turu çərçivəsində `Simurq`un qonağı olacaq komandamız Zaqatalaya yollanıb. Bu gün komandamız Suraxanı qəsəbə stadionunda məşq edib. Günorta yeməyindən sonra isə yola çıxıb.
Axşam Zaqatalada məskunlaşacaq komandamız  sabah oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. Onu da qeyd edək ki, komandamız oyun tam heyətlə getməyib. Zədə səbəbindən Emin İmaməliyevlə Nderim Nedzipi şimal bölgəsinə aparılmayıb. Əvəzində eyni səbəbdən `Rəvan`la  oyunu buraxan Qara Qarayev komandayla birgə Zaqatalaya yollanıb.
`Simurq` - `Qarabağ` oyunu Oktyabrın 21-i saat 17:00-da baş tutacaq.

Paylaş

// pop up