"Qarabağ" "Zəfər" turnirində iştirak edəcək

single-news
10 Fev 2021

"Qarabağ" "Zəfər" turnirində iştirak edəcək



AFFA-nın təşkilatçılığı ilə 10-11 fevral tarixlərində AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşlarının iştirakı ilə “Zəfər” turniri keçiriləcək.

 

Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirdə "Qarabağ" komandası da iştirak edəcək.

 

Kollektivimiz mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. Rəqibimiz 1/8 finalda keçiriləcək AFFA – “Sabah” matçından sonra müəyyənləşəcək.

 

Oyunlar Bakı Olimpiya Stadionunun süni örtüklü futbol meydançalarında təşkil olunacaq.

Paylaş

// pop up