`Qarabağ`a 3 günlük istirahət
13 Mar 2013
`Qarabağ`a 3 günlük istirahət
`Qarabağ`ımız istirahətə buraxıldı. Premyerliqanın final mərhələsinin ilk turunda dünən `Simurq`la qarşılaşan komandamız dünən gecə Bakıya qayıdıb. Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasiləylə bağlı komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib. Komandamız Martın 16-da yenidən yığışaraq məşqlərə başlayacaq.
Qeyd edək ki, premyerliqada yaranmış fasilə Martın 30-da başa çatacaq. Komandamız qeyd olunan tarixdə `Qəbələ`ylə qarşılaşacaq.
