“Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olundu

single-news
18 May 2025

“Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olundu



Misli Premyer Liqasının 2024/25 mövsümünün çempionunun mükafatlandırma mərasimi keçirilib. Klubumuzun təltif olunduğu tədbir “Azersun Arena”da baş tutub.

 

Mükafatlar XXXV turun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra təqdim edilib. Ardıcıl 4-cü, tarixində 12-ci dəfə olan komandamız mükafatlarını alıb.

 

Mükafatlandırma mərasimində klubumuzun prezidenti Tahir Gözel,  AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Öncə klubun üzvlərinə, texniki heyətə, məşqçilərə və futbolçulara qızıl medallar verilib. Ardınca “Qarabağ”a çempionluq kuboku təqdim olunub. 

 

Qeyd edək ki, “Qarabağ” XXXII turda - çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib. Komandamız 35 oyunda 86 xal toplayıb.

 

Paylaş

// pop up