`Qarabağ`a daha bir mükafat

single-news
28 Dek 2009

`Qarabağ`a daha bir mükafat



Arxada buraxdığmız ili sözün bütün mənalarında `Qarabağ`ımızın aktivinə yazmaq olar. Ölkə kubokunu qazanan, Avroliqada tarix yazan, cari birinlikdə fırtına kimi əsən, əvəzediciləri rəqib tanımayan, tərəfli-tərəfsiz hər kəsin rəğbətini qazanmış `Qarabağ`ımız daha bir mükafat alıb.

Ölkəmizin tanınmış təşkilatçı promouterlərindən olan `Xəyal Prodakşın` arxada qaldığımız il üzrə müxtəlif nominasiyalar üzrə ölkənin ən yaxşılarını seçib. 26 nominasiyada mükafat təqdim olunduğu mərasimdə geridə buraxdığımız ildə qazandığı uğurlar`Qarabağ`ımız ilin ən yaxşı komandası mükafatına sahib çıxmasına səbəb olub. Və komandamız `Xəyal Prodakşın` tərəfindən `ilin ən yaxşı komandası` mükafatına layiq görülüb. Xəyal Prodakşın`ın prezidenti Xəyal Rzazadənin təqdimatında ölkəmizin qüruru kimi təqdim olunan, idmanın şahı sayılan  futbolda ölkəmizə əvəzsiz sevinc gətirən `Qarabağ`ın hər kəsin sevimlisi olduğunu vurğulandı. `Qarabağ`ın azərbacanlı futbolçulardan qurulduğu isə xüsusilə qeyd edildi. 300-ə yaxın qonağın gurultulu alqışının müşayəti ilə `İlin ən yaxşı komandası` mükafatı və plaketini alan `Qarabağ` Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov bu uğurun `Qarabağ` FK-nın camiəsi ilə yanaşı sona qədər komandanı dəstəkləyənlərin başarısı olduğunu bildirmişdir. Qurban bəy qarşıdan gələn ildə də əldə etdikləri mükafatların onları motivasiya edəcəklərini bildirmişdir.  

 

 

 

Paylaş

// pop up