`Qarabağ`a `extra card`lar təqdim edildi
26 Sen 2012
`Qarabağ`a `extra card`lar təqdim edildi
`Qarabağ` Futbol Klubu əməkdaşlıq etdiyi `Azərbaycan Sənaye Bank`ıyla daha bir layihəyə start verib. Bankın yeni xidmət növü olan `Extra card` məhsulu `Qarabağ`ımızın texniki və futbolçu heyətinə təqdim edilib. Alış-verişlərini sürətləndirəcək və rahatlaşdıracaq olan bu plastik kartlar ilk olaraq `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Ardınca isə `Qarabağ`ımızn futbolçularına plastik kartlar təqdim edilib, onların istifadə qaydası və yararlılığı haqqında məlumat verilib.
