“Qarabağ”a gözlənilən cəza (FUTBOL+,13.03.2006)

single-news
13 Mar 2006

“Qarabağ”a gözlənilən cəza (FUTBOL+,13.03.2006)



Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qırmızı vərəqə qeydə alınmasa da, AFFA Nizam-İntizam Komitəsinin (NİK) ötən həftə keçirilən son iclasında müzakirəyə çıxarılan məsələlər oldu. “MKT-Araz” - “Xəzər-Lənkəran” matçında qonaq komanadın azarkeşlərinə lazımi şəraiti yaradılmağına görə meydan sahiblərinin rəhbərliyinə xəbərdarlıq olunub. Həmçinin hər iki komandanın ukraynalı çalışdırıcıları, müvafiq olaraq İqor Nakoneçnıyla Viktor Pasulko oyunboyu futbolçuların ünvanına qeyri-etik söz və ifadələr işlətdiyinə görə xəbərdarlıq alıb. “Qarabağ” - “Bakı” matçında ev sahibləri 4 oyunçusu sarı vərəqə aldığına görə 5 milyon manat cərimələnib. Birinci dəstə klubları üçün belə cəza 10 dəfə az nəzərdə tutulduğundan “Simurq”la səfər oyununda bu cəhətdən “fərqlənən” “Gilan” 500 min manat cərimə ödəməli olacaq. NİK-in çıxardığı bu qərarlardan sonra AFFA-nın xəzinəsinə daxil olan cərimələrin məbləği 940200000 manata (188040 yeni manat) çatıb.

Paylaş

// pop up